Xorvatiya yığmasının millimizlə oyunda “18-liy”i məlum oldu
16.09.2013 - 15:46
Xorvatiya yığmasının millimizlə oyunda “18-liy”i məlum oldu
19 yaşadək qız futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsində rəqiblərimizdən olan Xorvatiya yığması bu gün oyunların keçiriləcəyi Avstriyaya gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roberta Krznariç 18 futbolçunu bu ölkəyə gətirib.

Həmin oyunçular bunlardır: Mariyana Milkoviç, Tena Horvat, Andrea Şçukanets-Hopinski, Anita Straka, Anela Lubina, İvana Staniç, Rea Tuniç, Tea Horvat, Andrea Qodiniç, Patritsiya Parlov, Kristel Mioçeviç, Petra Biyeliç, Monika Tsonyar, Mişel Skupnyak, Qabriyela Qayzer, Antoniya Koyiç, İvana Boyçiç, Ana Duymoviç.

Qeyd edək ki, qızlardan ibarət U-19-umuz seçmə mərhələdə ilk oyununu məhz Xorvatiyaya qarşı keçirəcək. Bu qarşılaşma sentyabrın 21-də, Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək. Patrisiya Qonzalesin yetirmələrinin digər rəqibləri isə meydan sahibi Avstriya və İsrail milliləridir.