“Qarabağ”: istirahət bitdi, məşqlərə davam
16.09.2013 - 16:43
“Qarabağ”: istirahət bitdi, məşqlərə davam
Topaz Premyer Liqasının sonuncu turunda “Rəvan”la bərabərə qalan (1:1) “Qarabağ” məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi növbəti – VII turda qəbul edəcəyi “Simurq”la oyunun hazırlıqlarına start verib.

“Qarabağ” 2 günlük istirahətin ardından Suraxanı qəsəbə stadionunda məşq edib. Sabaha komandanın 2 məşqi var.

Qeyd edək ki, “Qarabağ” – “Simurq” görüşü sentyabrın 21-də baş tutacaq.