“Qəbələ” Madrid “Real”ı ilə qarşılaşacaq
16.09.2013 - 17:59
“Qəbələ” Futbol Akademiyası 2013/14 mövsümünün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 14 yaşa qədər futbolçulardan ibarət komanda sentyabrın 18-dən 23-dək İspaniyanın paytaxtı Madriddə dünyanın tanınmış klublarının iştirakı ilə təşkil olunacaq ənənəvi beynəlxaq turnirdə çıxış edəcək.
Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan turnirdə 13 ölkənin 24 komandası 4 qrupda mübarizə aparacaq. "Qəbələ" turnirə ev sahibliyi edən Madrid "Real"ı ilə eyni qrupda yer alıb. Oyunlar “San-Roke” (1-ci qrup), “Alkobendas”, “Kanilyas” və “San-Sebastyan” stadionlarında keçiriləcək. Komanda Madriddə dördulduzlu “Amura” otelində məskunlaşacaq və sentyabrın 19-da ilk məşqinə çıxacaq.
İspaniyaya yollanacaq nümayəndə heyətinə “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, məşqçilər Sərdar Qafarov, Uğur Kurt, həkim İlkin İslamov, inzibatçı Elşən Səmədli və 18 futbolçu daxil ediləcək. "Qəbələ" İspaniyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
Qapıçılar: Murad Cəfərov, Fərman Bayramov; müdafiəçilər: Vüsal Məsimov, Fəqan Məsimov, İzzət Müştaqov, Arsen Ağcabəyov, Bəşir Aylarov;
Yarımmüdafiəçilər: Nizami Səmədov, Tolqar Yaqubov, Samir Ağakişiyev, Davud Mahmudov, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli;
Hücumçular: Məhəmməd Abbaslı, Təbriz İsazadə, Kamran Quliyev.
I Qrup
“Qəbələ”, "Real" (Madrid, İspaniya), Los-Anceles Akademiyası (ABŞ), “Akademika Koimbra” (Portuqaliya), “CEF Yunayted” (Yaponiya), “Stoksund” (İsveç)
Qeyd edək ki, futbolçularımız Madriddə olduğu günlərdə “Real” - “Xetafe” oyununu stadionda izləmək imkanına malik olacaq.

0
0