Abidal: Dani Alves mənə qara ciyərini bağışlamaq istəyirdi
16.09.2013 - 22:32
Erik Abidal sabiq klubu “Barselona”nın futbolçusu Dani Alves haqqında danışıb. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına açıqlama verən 34 yaşlı müdafiəçi xəstəxanada müalicə olunarkən Alvesin ona qara ciyərini təklif etdiyini deyib:
“Dani mənim üçün çox əziz insandır. Biz sadəcə komanda yoldaşı deyildik. Daha yaxın münasibətimiz vardı. Mən müalicə olunarkən Dani mənə qara ciyərini bağışlamaq istəyirdi”.
Hazırda “Monako”da çıxış edən Abial Kataloniya klubu ilə münasibətlərini də dəyərləndirib: “Mən müalicə olunarkən haqqımda səhv məlumatlar yayıldı. “Barselona”da heç kəslə problemim yoxdu. Oktyabr ayındakı “Barselona” – “Real” qarşılaşmasını “Nou Kamp”da canlı izləmək istəyirəm”.
Qeyd edək ki, ötən il qara ciyəri dəyişdirilən Abidal “Barselona”nın heyətində yalnız 4 oyunda iştirak edə bilib. Bunun üçün də kataloniyalılar fransalı futbolçu ilə müqavilənin müddətini uzatmayıb.

0
0