Son tur sülhlə yekunlaşdı
16.09.2013 - 23:44
Son tur sülhlə yekunlaşdı
Futbol üzrə Azərbaycan Birinci Divizionunda I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 1 qarşılaşma keçirilib.

Günün yeganə matçında "Şəmkir" və "Mil-Muğan" komandaları üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib və tərəflər hərəyə 1 qolla meydanı tərk edib – 1:1.


Birinci Divizion
I tur

16 sentyabr


"Şəmkir" - "Mil-Muğan" – 1:1
Qollar: Ramil Sadiqov, 6 (pen.) - Elşən Hacıyev, 76