“Xəzər Lənkəran” sabah Bakıya yollanır
17.09.2013 - 06:57
Topaz Premyer Liqasının VII turu çərçivəsində səfərdə AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, dünən bir məşqlə kifayətlənən “ağ-yaşıllar” bu gün ikiqat çalışacaq.
Saat 10:30-da və saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq “Xəzər Lənkəran”ın daha bir hazırlığı sabah səhər saatlarına planlaşdırılıb. Məhz sabah baş tutacaq hazırlıq prosesinin ardından komanda Lənkəranı tərk edərək paytaxta yollanacaq.
Xatırladaq ki, AZAL- “Xəzər Lənkəran” qarşılaşması sentyabrın 22-də AZAL Arena stadionunda keçiriləcək. Saat 18:00-da start götürəcək qarşılaşma heç bir televiziya kanalı ilə yayımlanmayacaq.
Mənbə: 12cioyuncu.info

0
0