İslandiya millimizlə oyuna “Ayaks”dan futbolçu çağırdı
17.09.2013 - 11:01
17 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının ilkin seçmə mərhələsində rəqiblərindən olan İslandiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Torlakur Mar Arnason güvənəcəyi 18 futbolçuya dəvət göndərib.
Qapıçılar: Yöküll Blenqsson (Fyölnir), Hördur Fannar Byörqvinsson (Styarnan);
Sahə oyunçuları: Birkir Qudmunsson (Aftureldinq), Ottar Maqnus Karlsson (“Ayaks”, Hollandiya), Viktor Karl Eynarsson (AZ, Hollandiya), Byartur Tor Helqason, Ernir Byarnason (hər ikisi “Breydablik”), Raqnar Mar Larusson (“Brayton end Houv Albion”, İngiltərə), Petur Steynn Torsteynsson (Qrotta), Qretar Sner Qunnarsson (Haukar), Albert Qudmunsson (“Herenven”, Hollandiya), Byarki Vidarsson, Olafur Hrafn Kyartansson (hər ikisi KA), Anton Freyr Hauksson (Keflavik), Dadi Berinq Halldorsson (“Leyknir” Reykyavik), Darri Siqtorsson, Sindri Şevinq (hər ikisi “Valur”), Stefan Byarni Hyaltested (“Vikinqur” Reykyavik).
Rəqibimiz hazırlıqlara bu gün başlayacaq. Bu gün və sabah İslandiyada məşq edəcək adalılar sentyabrın 19-da seçmə mərhələnin oyunlarının keçiriləcəyi Rusiyanın Volqoqrad şəhərinə yollanacaq. Bunun üçün şimallılar Reykyavik – Oslo – Moskva – Volqoqrad reysindən yararlanacaq.
Qeyd edək ki, millimiz ilk oyununu sentyabrın 21-də məhz İslandiya U-17-nə qarşı keçirəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

0
0