Hakimlər I divizionda da söyülür
17.09.2013 - 12:34
Hakimlər I divizionda da söyülür
AFFA-nın İntizam Komitəsinin bugünkü yığıncağında Azərbaycan çempionatının I divizionunun oyunlarında baş verənlər də müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb. Apasport.az saytının məlumatına görə, ən ağır cəzaya təhqirə yol verən futbolçular layiq görülüb.

“Şahdağ”la matçın 69-cu dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Şuşa”nın futbolçusu Elçin Qasımov 3 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimələnib. “Kəpəz” matçın 77-ci dəqiqəsində “Ağsu”nu azlıqda qoyan Qalib Əmrahov isə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Onun cəzası daha ağır olub. Futbolçu 4 oyunluq cəzalanıb və klubu 400 manat cərimə ödəyəcək.