UEFA kubokunun qalibi Fərid Quliyevi çalışdıra bilər
17.09.2013 - 13:17
Millimizin sabiq üzvü Fərid Quliyevin şərəfini qoruduğu “Kahramanmaraşspor” baş məşqçisi axtarışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Besim Durmuşun istefasından sonra boşalan posta 2 real namizəd var.
Artıq klub rəhbərliyi Mehmet Özdiləkə rəsmi təklif göndərib. “Antalyaspor”un sabiq çalışdırıcısından müsbət cavab alınmayacağı təqdirdə “B” planı işə düşəcək. “Kahramanmaraşspor”u çalışdırmağa digər namizəd isə tanınmış simadır. “Şifo Mehmet” ləqəbli Özdilək “yox” cavabı verməklə, Türkiyə millisinin və “Qalatasaray”ın sabiq üzvü Ərgün Pənbənin yolunu aça bilər.
Qeyd edək ki, futbolçu kimi UEFA kubokunu başı üzərinə qaldıran, dünya çempionatının bürünc medalını qazanan Pənbə məşqçi karyerasına 2009-cu ildə başlayıb. Lakin hələ ki, bu sahədə uğur qazana bilməyib. Onun son iş yeri “Giresunspor” olub.

0
0