Bahodir Nasimovun məşqçisinə xüsusi tapşırıq
17.09.2013 - 15:18
Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan milli komandasının baş məşqçisi Mircəlal Qasımovun istefası qəbul olunmayıb. Apasport.az saytının məlumatına görə, ölkə futbol federasiyasının rəhbərliyi DÇ-2014-ün seçmə mərhələsinin İordaniya ilə pley-off oyunundan sonra postunu tərk edəcəyini açıqlayan mütəxəssisi fikrindən daşındırıb.
Qurumun prezidenti Mirabror Usmanov Qasımovdan postunda qalmağı xahiş edib və ona xüsusi tapşırıq verib. Baş məşqçiyə yığmada gəncləşdirmə aparmaq, istedadlı gənclərə güvənmək tapşırılıb.
Qurumun prezidenti Mirabror Usmanov Qasımovdan postunda qalmağı xahiş edib və ona xüsusi tapşırıq verib. Baş məşqçiyə yığmada gəncləşdirmə aparmaq, istedadlı gənclərə güvənmək tapşırılıb.
0
0