Rail Məlikov 5 aydan sonra meydana qayıdacaq
17.09.2013 - 15:25
“Qəbələ”nin futbolçusu Rail Məlikov əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan müdafiəçinin əməliyyatı Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
Klubun vitse-kapitanı "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib. Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Mənbə: gabalafc.az

0
0