İtaliya klubunun oyunçusu: Azərbaycan yığmasının təcrübəsi çoxdur
17.09.2013 - 15:30
İtaliya klubunun oyunçusu: Azərbaycan yığmasının təcrübəsi çoxdur
“Gəlin, Azərbaycanla 2 vacib oyunu düşünək. Bu komanda bizimlə rəqabət apara biləcək gücdədir. Azərbaycan yığmasının təcrübəsi çoxdur. Bizi çətin oyun gözləyir. Belə güclü rəqiblərlə oyunlar Avropa çempionatına hazırlaşmaq üçün yaxşı yoldur”. Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin futzalçısı Marinyu deyib.

Yeni mövsümə İtaliyanın “Luparense” klubunda başlayan 28 yaşlı futzalçı fiziki və mənəvi cəhətdən yığmaya hazır qoşulduğunu bildirib. “Benfika”nın sabiq üzvü bu gün millimizə qarşı yoldaşlıq görüşündə yığmada 75-ci oyununa çıxacaq.

Millidə 31 qol vurmuş Marinyu yığmamızla keçiriləcək 2 oyunda portuqaliyalı azarkeşlərə qələbə söz verməyi də unutmayıb: “Biz millimizə sədaqətimizi sübut etmək üçün söz verə bilərik ki, Azərbaycanla oyunda yaxşı nəticələr qazanacağıq. Avropa çempionatına hazırlıqlara qələbə ilə başlamaq bizim əhval-ruhiyyəmizi daha da zənginləşdirər”.

Qeyd edək ki, Avropa çempionatına vəsiqəni təmin etmiş Portuqaliya və Azərbaycan milliləri bu gün ilk oyunlarını keçirəcək. Fundan şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Tərəflər arasında 2-ci oyun isə sabah eyni saatda keçiriləcək.