“Komandada qruplaşma olanda nəticə qazanmaq mümkünsüzdür”
17.09.2013 - 16:35
“İnter”in futbolçusu Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının sonuncu turunda “Neftçi”nin qonağı olan “İnter” özünə bənzəmədi. Son illər komandanız “ağ-qaralar”la duellərdə bu qədər aciz görünməmişdi. 1:3 hesablı məğlubiyyət, özü də görüşün taleyinin ilk yarıda həll olunması bir qədər ağır olmadı ki?
- Hər bir oyuna olduğu kimi, “Neftçi” ilə duelə də ciddi hazırlaşmışdıq. Məğlubiyyətlərlə rəğmən köklənmə ilə bağlı heç bir problem yox idi. Bütün fikrimizi çempionla görüşə yönəltmişdik. Gəl ki, oyunumuz heç cür alınmadı. “Neftçi” birinci hissədə vurduğu 3 qolla işi bitirdi.
- “İnter” yeni mövsümdə keçirdiyi 6 oyundan 5-də məğlubiyyətlə üzləşib. Uğursuz startın səbəblərini sadalaya bilərsiniz?
- Bilirsiniz, öz aramızda müzakirələr aparırıq, nələri düz etmədiyimizi müəyyənləşdirtməyə çalışırıq. Çox yaxşı baş məşqçimiz var. Kaxaber Tsxadadze Azərbaycanda sözünü demiş bir mütəxəssisdir. “İnter” onun rəhbərliyi altında stabil futbol sərgiləyən bir komandaya çevrilib. Ancaq bu il özümüzə bənzəmirik. Təsəvvür edin, əvvəllər rəqiblərimizin əsas problemi bizə qol vurmaq idi. Mən “Neftçi”də oynadığım zamanlarda həmişə düşünürdük ki, “İnter” bizə qol vursa, vəssalam, uduzacağıq. Çünki bu komandanın müdafiəsini yarmaq çox çətin idi. Ancaq indi 6 oyunda 13 qol buraxmışıq. Hələ belə şey olmamışdı. Fikrimcə, bu, heyətə yeni oyunçuların cəlb olunması ilə bağlıdır. Əvvəl müdafiənin mərkəzində Vladimir Levin oynayırdı, bir az irəlidə İbrahima Niasse vardı. Ancaq artıq onları başqaları əvəz edib və hələlik uyğunlaşma ilə bağlı problem olduğu hiss olunur. Günahı təkcə mərkəz müdafiəçilərin üstünə atmıram. Komanda qol buraxırsa, bura cinah oyunçudan tutmuş, hücumçulara qədər hər kəs məsuliyyət daşıyır.
- Yəni çatışmazlıq yalnız müdafiə xətti ilə bağlıdır?
- Xeyr, hamımızın səhvi var. Komanda şəkilində düzgün hərəkət etməliyik. Bilirsiniz, komandada qruplaşma olanda nəticə qazanmaq mümkünsüzdür. Şükürlər olsun ki, “İnter”də belə bir problem yoxdur. Mehriban kollektivimiz var. Ancaq uğursuzluğa görə futbolçuların günahkar sayıram. Çünki baş məşqçi lazımı göstərişlər verir. Görünür biz onun dediklərini dəqiqliklə yerinə yetirə bilmirik. Bunun isə yeni gələnlərin heyətə uyğunlaşmamaları ilə əlaqələndirərdim.
- “İnter”in yarımmüdafiədə oyunu öz üzərinə götürə biləcək liderə və son zərbələrdə ustalığını göstərəcək hücumçuya ehtiyac duyduğunu söyləmək olar?
- Razıyam, bəzi mövqelərdə rəqabəti gücləndirmək üçün bir neçə oyunçuya ehtiyac var.
- Hazırkı heyətlə çempionluğa oynamaq mümkündür?
- Fərd olaraq heyətimiz zəif deyil. Bayaq qeyd etdiyim kimi, komanda şəklində effektli futbol nümayiş etdirə bilmirik. Ancaq bu problemin zamanla çözüləcəyinə inanıram. “İnter” həmişə iddialı olub, mükafatlar uğrunda mübarizə aparıb. Açığı, 2004-cü ildən bəri bu qədər zəif “İnter” görməmişəm.
- Növbəti turda “Bakı”nı qəbul edəcəksiniz. Bu qarşılaşmaya dönüş nöqtəsi gözü ilə baxırsınız?
- “Bakı”nın yaxşı heyəti, güclü baş məşqçisi var. “Xəzər Lənkəran”la sonuncu turdakı oyunlarını izlədim. Hesabı açsalar da, yekunda uduzdular. Onlarla duelimiz hər iki tərəf üçün ağır olacaq. Həqiqətən qələbəyə çox ehtiyacımız var. Bu, təkcə 3 xal yox, həm də motivasiya deməkdir.

0
0