Türkiyə kubokunda təmsilçilərimizin rəqibləri müəyyənləşdi
17.09.2013 - 17:00
Türkiyə kubokunda təmsilçilərimizin rəqibləri müəyyənləşdi
Türkiyədə oynayan təmsilçilərimizin kubokdakı rəqiblərinin adlarına bu gün aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, İstanbuldakı Ataköy Milli Olimpiya Komitəsində 108 komanda arasında püşkatma keçirilib.

Təmsilçilərimizin komandalarının növbəti mərhələyə çıxmaq şansları böyükdür. Çünki rəqiblərin hamısı 2-ci dəstəni təmsil edir.

Bizi maraqlandıran cütlüklər bunlardır: “Fəthiyəspor” (Davud Kərimi) – “Kızılcabölükspor”, “Sivasspor” (Cihan Özkara) – “Bucak Bələdiyyə Oğuzhanspor”, “Gölcükspor” – “Orduspor” (Branimir Subaşiç), “Göztəpə” – “Altınordu” (Timur Təməltaş), “Dənizlispor” (Arif İsayev, Saşa Yunisoğlu) – “Manavqat Evrensəkispor”, “Kahramanmaraşspor” (Fərid Quliyev) – “Tosya Bələdiyyəspor”, “Əskişəhirspor” (Ufuk Budak) – “Çıksalınspor”, “Tavşanlı Linyitspor” (Andrey Popoviç, Usim Nduka) – “Dardanelspor”.

Qeyd edək ki, Türkiyə kubokunda 2-ci turun oyunları 24-26 sentyabr aralığında keçiriləcək. 3-cü tura vəsiqəni komandalar bir oyunun yekununda müəyyənləşdirəcək.