Kriştianu: Azərbaycanın beynəlxalq səviyyədə inkişaf edən komandası var
17.09.2013 - 17:21
Kriştianu: Azərbaycanın beynəlxalq səviyyədə inkişaf edən komandası var
“Azərbaycanla oyun Portuqaliya üçün çox önəmlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya millisinin qapıçısı Kriştianu deyib.

Lissabon “Sportinq”inin üzvü Portuqaliya və Azərbaycanın futzal yığmaları arasında bu gün keçiriləcək yoxlama görüşü ərəfəsində fikirlərini bölüşüb. 28 yaşlı qapıçı millimizi inkişaf edən bir komanda kimi qələmə verib: “Ölkəni təmsil etmək həmişə xoşdur. Xeyli vaxt idi qürbətdə idim. Lakin indi qayıtmışam və buna görə xoşbəxtəm. Hər bir futbolçu böyük turnirlərin final mərhələsində oynamaq istəyir, mən də həmçinin. Qarşıdakı oyun asan olmayacaq. Azərbaycanın beynəlxalq səviyyədə inkişaf edən komandası var”.

Qeyd edək ki, Avropa çempionatına vəsiqəni təmin etmiş Portuqaliya və Azərbaycan milliləri bu gün ilk oyunlarını keçirəcək. Fundan şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Tərəflər arasında 2-ci oyun isə sabah eyni saatda reallaşacaq.