“Rəvan”da iki itki
17.09.2013 - 17:32
“Rəvan” Topaz Premyer Liqasının VII turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi oyuna hazırlığı "Bayıl Arena” stadionunda davam etdirir.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlərdə 2 nəfər istisna olmaqla, komandanın bütün üzvləri iştirak edir. Belə ki, Tofiq Mikayılov ili başa vurubsa, Elvin Həsənəliyev qasıq nahiyəsindəki zədəni sağaltmaqla məşğuldur. Odur ki, bu iki futbolçu Qəbələ səfərində komandamıza kömək edə bilməyəcək. Qalan bütün komanda üzvləri ümumi qrupda hazırlıqda iştirak edir.

0
0