“Xəzər Lənkəran” AZAL-la oyuna yüksək əhval-ruhiyyə ilə hazırlaşır
17.09.2013 - 19:30
Topaz Premyer Liqasının VII turunda AZAL klubu ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” sentyabrın 17-də günün ikinci məşqini keçirib. Apasport.az saytının məlumatına görə, saat 18:00-da ehtiyat meydançada məşqə çıxan “ağ-yaşıllar” saat yarım ərzində fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin sərəncamında hazırlaşıb.
İtalyan mütəxəssis əvvəlcə fiziki hərəkətlərlə ardınca isə toplu çalışmalarla futbolçuların yüklənməsinə nail olub. Hazırlıq prosesinin toplu çalışmalardan ibarət olan ikinci hissəsini Covanni Melkiore baş məşqçi Con Toşakın göstərişləri əsasında davam etdirib. Bu zaman müxtəlif fiziki hərəkətlər yerinə yetirilərək kiçik qapılara zərbələr vurulması üzərində çalışılıb. Məşqin başa çatmasını həvəslə gözləyən futbolçular sonda ehtiyat meydançadan baza-otelə qədər olan bir neçə metr məsafəni çətinliklə yeriyə biliblər.
Qeyd edək ki, bu yorğunluğa baxmayaraq komanda daxilində yüksək əhval-ruhiyyə hökm sürür.
Mənbə: 12cioyuncu.info

0
0