Droqba derbini buraxmalı olacaq
18.09.2013 - 06:17
“Real”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Didye Droqbanın son durumu bəlli olub. Apasport.az saytı Türkiyə mətbutına istinadən xəbər verir ki, təcrübəli forvardın “Beşiktaş”la derbi matçında oynaya bilməyəcəyi deyilir.
Belə ki, oyunun 45-ci dəqiqəsində Madrid klubunun futbolçusu Pepe tərəfindən sərt müdaxiləyə məruz qalan Droqba meydanı yarımçıq tərk etməli olub. Dərhal xəstəxanaya aparılan 35 yaşlı hücumçunun çiyin nahiyəsindən zədə alıdığı aşkarlanıb.
Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” qarşılaşması Superliqanın V turu çərçivəsində sentyabrın 22-də keçiriləcək.

0
0