Portuqaliya millimizlə bacarmadı
18.09.2013 - 08:06
Portuqaliya millimizlə bacarmadı
Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Joze Alessionun yetirmələri Portuqaliya yığması ilə qarşılaşıb.

Pireney yarımadasının qonağı olan komandamız güclü rəqiblə oyundan heç-heçə ilə ayrılıb – 1:1. Qarşılaşmada hesabı millimiz açıb. Amadeunun qolu ilə hesabda önə keçən komandamız Marinyonun cavab qolunu əngəlləyə bilməyib.

Qeyd edək ki, Azərbaycan və Portuqaliya milli komandaları bu gün yenidən üz-üzə gələcək.