“Qalatasaray” bu günə düşməmişdi
18.09.2013 - 09:00
“Qalatasaray” bu günə düşməmişdi
Türkiyənin “Qalatasaray” klubu özünün avrokuboklar tarixinin antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci oyununda “Real”a 1:6 hesabı ilə uduzan İstanbul təmsilçisi qiə kuboklarında ilk dəfə öz meydanında 6 qol buraxıb.

İspaniyalılardan 6 qol buraxan türkiyəlilər bunadək mən pis halda 5 qola üzülmüşdü. 1999/2000 mövsümündə “Qalatasaray”ı “Çelsi” darmadağın etmişdi – 5:0. Eyni hesablı qələbə qazanan “Milan” isə 1962/63 mövsümündə İtaliyada “Cim-Bom”a qənim kəsilmişdi.

Avrokuboklarda 250-yə yaxın oyun keçirən “Qalatasaray” bunadək yalnız 1 dəfə 5-dən artıq - 6 qol buraxmışdı. 1972/73 mövsümündə tarixinin ən böyükhesablı avrokubok yenilgisini alan komanda Almaniyadan başıaşağı qayıtmışdı. Həmin vaxt “Bavariya” 6:0 hesablı qələbənin müəllifi olmuşdu.

Qeyd edək ki, “Real” da Çempionlar Liqasında ilk dəfə səfərdə 5 qol fərqi ilə qalib gəlməklə öz rekordunu müəyyənləşdirib.