Yığmamızın futbolçusu: Bu məğlubiyyətə görə xəcalət çəkirəm
18.09.2013 - 10:55
Yığmamızın futbolçusu: Bu məğlubiyyətə görə xəcalət çəkirəm
“Kifayət qədər realist olub deməliyəm ki, Türkiyə klublarında oynamaq şansım çox aşağıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat deyib.

Düsseldorfun “Fortuna” klubunda çıxış edən milliləşən almaniyalı futbolçumuz vətənində müsahibə verib. Erat yığmada çıxışının gələcək karyerasına təsirindən danışıb: “Millidə oynamaq mənim xeyrimədir. Çünki bu amil gələcəkdə qarşımda Avropa klubların qapılarını aça bilər”.

Erat Avro-2015-in seçmə mərhələsinin İsraillə səfər oyunundakı 2:7 hesablı məğlubiyyəti də xatırlayıb: “Bu məğlubiyyətə görə xəcalət çəkirəm. Belə nəticə sadəcə gülünc idi. Amma bu səfər zamanı Berti Foqtsla görüşmək imkanım oldu. Onunla yalnız salamlaşa bildik. Düzdür, təyyarədə də onun arxasında oturmuşdum”.