“İkincilər” start xəttində
18.09.2013 - 11:20
“İkincilər” start xəttində
Sabah Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ardından 2-ci dərəcəli yarışın iştirakçıları da mübarizəyə başlayacaq.

“Neftçi”nin azarkeşlərini sevindirdiyi ötən mövsümdən fərqli bu dəfə qrup mərhələsi Azərbaycan təmsilçisi olmadan keçiriləcək. Belə ki, komandalarımızdan heç biri 48 klub sırasına düşməyib.

Bu “ikincilər” isə qitənin 24 stadionunda, 2 müxtəlif vaxtda meydana çıxacaq. Belə ki, 6 qrupun oyunları 22:00-da, digərləri isə 00:05-də meydana çıxacaq. Ölkəmizdə futbolsevərlər diqqəti daha çox qonşu Türkiyənin yeganə təmsilçisi “Trabzonspor”un oyununa yönələcək. Onlar səfərdə Kipr “Apollon”u ilə qarşılaşacaq.

Bundan başqa Azərbaycan klublarını mübarizədə kənarlaşdıranların da görüşlərinə müəyyən maraq olacaq. “Qarabağ”ı dayandıran Almaniya “Ayntraxt”ı öz meydanında Fransa “Bordo”sunu sınağa çəkəcək. “İnter”in qənimi Norveç “Tromse”sini isə çətin sınaq gözləyir. Onlar İngiltərədə “Tottenhem”in qonağı olacaq. “Xəzər Lənkəran”ı dayandıran Hayfa “Makkabi”si isə İsraildə Hollandiya təmsilçisi “Alkmaar”la üz-üzə gələcək.

Azərbaycan klublarının olmadığı yarışda yeganə təmsilçimiz Ruslan Abışov ola bilər. Rusiya “Rubin”ində çıxış edən yığmamızın üzvü qrup mərhələsində debüt edə bilər. Belə ki, onun komandası Sloveniyada “Maribor”un qonağı olacaq. Kazan təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkən, daha çox ehtiyatda qalan Abışovun Sloveniyada da oynamaq şansı çox azdır.

Avropa Liqası
Qrup mərhələsi


I tur
A qrupu

22:00. “Valensiya” (İspaniya) – “Suonsi” (Uels)
22:00. “Sankt Qallen” (İsveçrə) – “Kuban” (Rusiya)


B qrupu
22:00. “Dinamo” (Xorvatiya) – “Çernomorets” (Ukrayna)
22:00. PSV (Hollandiya) – “Ludoqorets” (Bolqarıstan)


C qrupu
22:00. “Zalsburq” (Abstriya) – “Elfsborq” (İsveç)
22:00. “Standard” (Belçika) – “Esbyerq” (Danimarka)


D qrupu
22:00. “Zulte Varegem” (Belçika) – “Uiqan” (İngiltərə)
22:00. “Maribor” (Sloveniya) – “Rubin” (Rusiya)


E qrupu
22:00. “Fiorentina” (İtaliya) – “Pakuş Fereyra” (Portuqaliya)
22:00. “Panduri” (Rumıniya) – “Dnepr” (Ukrayna)


F qrupu
22:00. “Ayntraxt” (Almaniya) – “Bordo” (Fransa)
22:00. “Makkabi” (Təl-Əviv, İsrail) – APOEL (Kipr)


G qrupu
00:05. “Dinamo” (Ukrayna) – “Genk” (Belçika)
00:05. “Tyun” (İsveçrə) – “Rapid” (Avstriya)


H qrupu
00:05. “Frayburq” (Almaniya) – “Liberets” (Çexiya)
00:05. “Eştoril” (Portuqaliya) – “Sevilya” (İspaniya)


İ qrupu
00:05. “Betis” (İspaniya) – “Lion” (Fransa)
00:05. “Gimarayeş” (Portuqaliya) – “Riyeka” (Xorvatiya)


J qrupu
00:05. “Apollon” (Kipr) – “Trabzonspor” (Türkiyə)
00:05. “Latsio” (İtaliya) – “Legiya” (Polşa)


K qrupu
00:05. “Şerif” (Moldova) – “Anji” (Rusiya)
00:05. “Tottenhem” (İngiltərə) – “Tromse” (Norveç)


L qrupu
00:05. PAOK (Yunanıstan) – “Şaxtyor” (Qazaxıstan)
00:05. “Makkabi” (Hayfa, İsrail) – “Alkmaar” (Hollandiya)