“Xəzər Lənkəran” paytaxta üz tutdu
18.09.2013 - 11:25
 “Xəzər Lənkəran” paytaxta üz tutdu
Topaz Premyer Liqasının VII turu çərçivəsində bazar günü AZALın qonağı olacaq “Xəzər Lənkəran” doğma şəhərdəki hazırlığını başa vurub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu gün səhər məşqini əsas meydançada keçirən “ağ-yaşıllar” saat yarımlıq hazırlığını tamamlayaraq paytaxta yola düşüb.

Səhər məşqində əsasən taktiki çalışmaları yerinə yetirilib və zədəli futbolçulardan Junior Nildo, Zoahir Benouahi və Adrian Skarlatake hələ ki, komanda ilə birgə hazırlığa qatıla bilmir. Bu gün paytaxta çatdıqdan sonra istirahətə buraxılacaq “Xəzər Lənkəran” sabahdan etibarən “Bayıl Arena”nın süni örtüklü meydançasında AZAL-la oyunun Bakı hazırlığına start verəcək. İki gün adıçəkilən arenada hazırlıq keçəcək komanda şənbə günü son məşqinə çıxacaq.

Bu gün məşqdən çəkilən fotoları təqdim edirik: