“Rəvan”ın sabiq qapıçısı: Bu, xoşuma gəlmirdi
18.09.2013 - 11:39
“Karyeram ərzində 2 dəfə çempionat zamanı klubların bölünməsinin şahidi olmuşam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın sabiq qapıçısı Artur Kotenko deyib.
Hazırda Belarusun “Dnepr” klubunda çıxış edən estoniyalı legioner verdiyi müsahibədə Azərbaycan karyerasına da toxunub. Kotenko çempionatımızda həmin vaxt mövcud olan “altılıq” sistemini, 1-ci mərhələdən sonra klubların qruplara bölünməsini pisləyib: “Belarusdakı sistem Azərbaycandakına oxşayır. Amma indi oradakını yığışdırıblar. Mən həmişə belə bölgünün əleyhinə olmuşam. Bu mənim nə Kiprdə, nə də Azərbaycanda xoşuma gəlirdi. Bəlkə də azarkeşlər üçün belə daha maraqlıdır. Lakin belə sistemdə ikinci “altılıq” komandaları güclülərlə oynamaq imkanından məhrum olur”.
Qeyd edək ki, 2011-ci ilin yayında “Rəvan”a transfer olunan qapıçı “altılıq” sistemi ilə keçirilən 2011/12 mövsümünün əvvəlində klubdan qovulmuşdu. Artıq 2011-ci ilin oktyabrında yola salınan Kotenko Premyer Liqamızda klubların bölünməsindən sonra burada çıxış etməyib.

0
0