“Qəbələ”dən rəsmi açıqlama: Allahverdiyevlə bu gün müqavilə bağlayacağıq
18.09.2013 - 12:13
“Qəbələ”dən rəsmi açıqlama: Allahverdiyevlə bu gün müqavilə bağlayacağıq
“Elnur Allahverdiyevin “Qəbələ”də çıxış edəcəyi ilə bağlı deyilənlər doğrudur”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

“Xəzər Lənkəran”dan ayrılan millimizin futbolçusunun yeni klubu məlum olub. Rail Məlikovu uzun müddətə itirən “Qəbələ” müdafiənin sağ cinahını Allahverdiyevlə doldurmaq qərarına gəlib.

İlk dəfə bu məsələyə “Qəbələ”dən rəsmi açıqlama gəlib: “Biz Elnur Allahverdiyevlə bu gün müqavilə bağlayacağıq. Onunla mövsümün sonunadək müqavilə imzalamağı nəzərdə tutmuşuq. Əgər futbolçu ümidləri doğrultsa, mövsümün sonunda anlaşmanın müddətini artıra bilərik”.

Qeyd edək ki, Elnur Allahverdiyev nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçi Con Toşakın qərarına əsasən “Xəzər Lənkəran”dan çıxarılıb.

Səbuhi TOFİQOĞLU