Elnur Allahverdiyevə “yaşıl işıq”: “Qəbələ”də oynaya bilər!
18.09.2013 - 12:41
Milli komandamızın futbolçusu Elnur Allahverdiyevin klubsuz günləri uzun sürməyib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi klubdaxili nizam-intizam qaydalarını pozduğuna görə “Xəzər Lənkəran”dan uzaqlaşdırılsa da, “Qəbələ” ilə anlaşıb.
O bu gün “Qəbələ” ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə bağlayacaq. Ancaq bəzi portallar cari mövsüm “Xəzər Lənkəran”da 5 oyunda forma geydiyi üçün ən azı qışa kimi Elnurun “Qəbələ” forması ilə meydana çıxa bilməyəcəyini qeyd edir. Bu, “transfer pəncərəsi” bağlandıqdan sonra bir futbolçunun başqa kluba keçidinin mümkünsüzlüyü ilə əlaqələndirilir.
Görəsən, bu məsələ nə dərəcədə doğrudur? Bunu “Qəbələ”nin baş meneceri Zaur Əzizovla aydınlaşdırmaq qərarına gəldik: “Elnur Allahverdiyev tam qanuni əsaslarla “Qəbələ”nin heyətində çıxış edə bilər. Çünki o, “Xəzər Lənkəran”dan “transfer pəncərəsi” bağlanmamışdan qabaq ayrılıb. Onun avqustun 31-də artıq bu klubla bağlantısı qalmayıb. Ona görə də biz ondan yararlansaq, qayadaları pozmuş olmayacağıq”.
Bu məsələ ilə bağlı “Xəzər Lənkəran” tərəfinin də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətindən “Qəbələ” tərəfinin dedikləri təsdiqləndi: “Bəli, biz avqustun 31-də onunla yolları ayırmışıq. Sadəcə olaraq bunu bəyan ona görə etməmişdik ki, futbolçunun əvəzedici komandada qalmaq ehtimalı da vardı. Avqustun 31-də ona azad agent statusu verməyimiz isə onun karyerasını düşünməyimizlə bağlıdır. Yoxsa “transfer pəncərəsi” bağlandıqdan sonra onu sərbəst buraxsaydıq, qışa kimi hər hansı bir klubda oynaya bilməyəcəkdi”.
Qeyd edək ki, Elnur Allahverdiyev “Xəzər Lənkəran” forması ilə son oyununu da məhz “Qəbələ”yə qarşı keçirib. Avqustun 31-də baş tutan həmin görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Səbuhi TOFİQOĞLU

0
0