“Hədəfimiz ardıcıl 4-cü çempionluqdur”
18.09.2013 - 13:22
 “Hədəfimiz ardıcıl 4-cü çempionluqdur”
“Neftçi” ardıcıl 3 dəfə ölkə çempionu olub. Hədəfimiz ardıcıl 4-cü çempionluqdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Karlos Kardoso deyib.

Braziliyalı müdafiəçisi Topaz Premyer Liqasının VII turunun “Sumqayıt”la oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bunda pay sahibi olmağım üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düzdür, “Sumqayıt” klubu “Neftçi” ilə müqayisədə zəif hesab oluna bilər, amma bu bizim arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq . Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik”.