“Simurq” 2 qrupa bölündü
18.09.2013 - 14:25
Topaz Premyer Liqasının son iki turunda qələbə qazanmağı bacaran "Simurq", bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında "Qarabağ"la oyunun hazırlıqlarına start verib. 2 saata yaxın davam edən çalışmadan öncə baş məşqi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət aparıb. Bundan sonra futbolçular qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə məşqə başlayıb.
Hazırlığın davamında isə məşqçilər korpusu futbolçuları 2 qrupa ayırıb. "Sumqayıt"la oyunun əsas vaxtında meydanda olmuş futbolçular hazırlığı ayaq tennisi oynamaqla davam etdirib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Taktiki çalışmalardan sonra isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. Komanda bu gün 2 məşqə çıxacaq. Səhər fitness zalda çalışmaları davam etdirən Zaqatala təmsilçisi, axşam saatları üçün planlaşdıran hazırlığı isə toplu təmrinlərdən ibarət olacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Simurq" oyunu sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Mənbə: simurqpfk.az

0
0