“Qarabağ” yenə mərkəzi arenada oynaya bilməyəcək
18.09.2013 - 17:03
Topaz Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Simurq" oyununun keçirilmə məkanı dəyişib. Apasport.az Zaqatala klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar arasındakı oyun sentyabrin 21-də, saat 19:30-da "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, ilk əvvəl oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanmışdı. Ancaq UEFA prezidenti Mişel Platini həmin gün Mərdəkanda millinin bazasının təməlqoyma mərasimində iştirak edəcəyindən, PFL-in qərarı əsasında bu görüş məhz həmin qəsəbədəki stadionda keçiriləcək.

0
0