“Sumqayıt” “Neftçi” oyunlarının yerləri dəyişdirildi
18.09.2013 - 17:10
Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – “Neftçi” matçının keçirilmə yeri dəyişdirilib. Apasport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, buna “Sumqayıt”ın təşkilatçı quruma müraciəti səbəb olub.
Belə ki, “Gənclik şəhəri” təmsilçisi PFL-ə müraciət edərək ev oyunlarını keçirdikləri stadionda infrastruktur işlərinin yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının I dövrəsinin “Sumqayıt” – “Neftçi” matçının “Bakcell Arena” stadionunda, II dövrənin oyunu isə Sumqayıt şəhərində keçirilməsinə icazə verməyi xahiş edib. PFL isə öz növbəsində buna icazə verib.
Beləliklə, VII turunun “Sumqayıt” – “Neftçi” matçı 22 sentyabr 2013-cü il tarixindən 21 sentyabr tarixinə dəyişdirilib. Görüş “Bakcell Arena” stadionunda keçiriləcək.
XV turun “Neftçi” – “Sumqayıt” matçı isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq.

0
0