Premyer Liqanın liderində ciddi itki
18.09.2013 - 19:58
Premyer Liqanın liderində ciddi itki
Hazırda İngiltərə Premyer Liqasında birinci pillədə qərarlaşan "Liverpul" ciddi itki ilə üzləşib. Apasport.az klub saytına istinadən xəbər verir ki, “qırmızılar”ın futbolçusu Filipe Koutinyon bir aydan artıq komandasına kömək edə bilməyəcək.

Belə ki, son turdakı “Suonsi” (2:2) qarşılaşmasında zədələnən braziliyalı yarımmüdafiəçi əməliyyat olunacaq. Klub 21 yaşlı futbolçunun oktyabr ayının sonuna qədər hazır olacağına ümid edir.

Qeyd edək ki, Filippe cari ilin yanvar ayında İtaliyanın “İnter” klubundan “Liverpul”a transfer olunub.