“Əgər Qaret Beyl 100 milyon avro dəyərindədirsə, onda Vidal…”
18.09.2013 - 21:08
“Əgər Qaret Beyl 100 milyon avro dəyərindədirsə, onda Vidal…”
“Yuventus”un idman direktoru Cuseppe Marotta klubun futbolçusu Arturo Vidal haqqında iddial; a,;qlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan Marotta A seriyasındakı son 2 çempionluqda çilili yarımüdafiəçinin böyük rol oynadığını deyib.

O, Vidalın “Real”ın yeni transferi Qaret Beyldən daha dəyərli futbolçu olduğunu bildirib: “Əgər Qaret Beyl 100 milyon avro dəyərindədirsə, onda Vidal üçün də həmin məbləğ ödənilməlidir. Çünki Arturo daha dəyərli futbolçudur. Bu yay “Real” onu transfer etmək istədi. Amma biz satmadıq. Çünki onu klubdan göndərməyi ağlımızdan belə keçirmirik”.

Qeyd edək ki, Vidalın “Yuventus”la 2016-cı ilə qədər müqaviləsi var və klub onunla yaxın vaxtlarda daha 2 illik anlaşma imzalamaq istəyir.