Subaşiçli “Orduspor” 2 cavabsız qolla qalib gəldi
19.09.2013 - 01:21
Ötən gün Futbol üzrə Türkiyə PTT Birinci Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti oyununu keçirib.
Hücumçumuzun klubu doğma arenada “Manisaspor”u qəbul edib. Bu matçda ev sahibi komanda rəqibini 2 cavabsız qolla məğlub edib.
Serb əsilli milliləşən futbolçumuzun bu oyunda da start heyətdə meydana çıxıb. O, qarşılaşmanın 25-ci dəqiqəsində sarı vərəqə alıb və fasilədə Alekslə əvəzlənib.
Qeyd edək ki, bu matçdan sonra “Orduspor” 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
“Orduspor” – “Manisaspor” - 2:0
Qollar:Qollar: Anıl, 47 (pen.) Aleks, 59

0
0