“Qəbələ” Railsiz çalışdı - FOTOSESSİYA
19.09.2013 - 01:49
“Qəbələ” Railsiz çalışdı - FOTOSESSİYA
Topaz Premyer Liqasının VI turunda doğma meydanda "Rəvan"ı qəbul edəcək "Qəbələ" matçın hazırlıqlarını davam etdirir. Apasport.az klub saytına istinadən xəbər verir ki, ötən gün baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub. Məşqdə hazırda bərpa prosesi keçən Rail Məlikov iştirak etməyib.

Qeyd edək ki, "Qəbələ" - "Rəvan" qarşılaşması sentyarrın 20-də saat 17:00-da keçiriləcək.