Nduka 90 dəqiqə oynadı, Popoviçə şans verilmədi
19.09.2013 - 02:55
Türkiyə PTT Birinci Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Usim Nduka və Andrey Popoviçin çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu növbəti oyununu keçirib.
Oyunçularımızın komandası səfərdə “Şanlıurfaspor”un qonağı olub. Ev sahibləri oyuna erkən qolla başlasalar da, hesabı sona qədər qoruya bilməyiblər. Nəticədə tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Bu matçda millimizin sabiq müdafiəçisi Nduka start heyətdə meydana daxil olub sona qədər mübarizə aparsa da, qapıçımız Popoviç ehtiyyatda qalıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 5 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alır.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
“Şanlıurfaspor” – “Tavşanlı Linyitspor” - 1:1
Qollar: Sərcan Yıldırım, 9 (pen.) – Hakan Çevik, 73
Qırmızı vərəqə: Sədat, 87 (“Şanlıurfaspor”)

0
0