Portuqaliya millimizə “5” verdi
19.09.2013 - 08:00
Futzal üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alessionun yetirmələri Portuqaliya millisi ilə qarşılaşıb.
1 gün əvvəl eyni rəqiblə səfərdə heç-heçə edən (1:1) yığmamız bu dəfə pireneylilər qarşısında aciz qalıb. Meydan sahibləri 5 cavabsız qolla komandamızı darmadağın edib.
İlk yarıda Arnaldo, Joao Matos və Fabio Lima hesabı 3:0-a çatdırıblar. Fasilədən sonra isə Rikardinyo ilə Fabio Aquar vurduğu qollarla darmadağını rəsmiləşdiriblər.
Qeyd edək ki, hər 2 yığma Avro-2014-ün final mərhələsinə hazırlaşır.

0
0