Çempionlar Liqasında yeni rekord
19.09.2013 - 08:11
Çempionlar Liqasında yeni rekord
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin 1-ci turunun “Ayaks”la oyununda 3 qol vuran argentinalı yarışın tarixində ən çox het-rik müəllifi olan futbolçu adına yiyələnib.

Belə ki, Lionel Çempionlar Liqasında 4-cü dəfə 1 matça 3 qol vurub. Bununla da cənubi amerikalı hücumçu almaniyalı Mario Qomeslə italiyalı Filippo İnzaqini arxada qoyub. Bu 2 oyunçunun hərəsi 3 dəfə het-trik etməyi bacarıb.

Bundan başqa Messi qitənin ən nüfuzlu klub turnirindəki qollarının sayını 62-yə çatdırıb. Bununla da argentinalı 71 qol vuran əfsanəvi Raulun rekorduna bir az da yaxınlaşıb. Hazırda Lionelə rekord üçün 9 qol çatmır.