“Atletiko”dan “Azerbaijan Land of Fire”yə hörmətsizlik
19.09.2013 - 08:51
 “Atletiko”dan “Azerbaijan Land of Fire”yə hörmətsizlik
Madridin “Atletiko” klubu rəsmi tərəfdaşı olan “Azerbaijan Land of Fire” brendinə qarşı hörmətsizlik edib. Apasport.az saytının məlumatına görə, dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Atletiko” - “Zenit” matçı zamanı meydan sahiblərinin futbolçularından biri meydana üzərində “Azerbaijan Land of Fire” yazısı olmayan forma ilə çıxıb.

Belə ki, 79-cu dəqiqədə oyuna daxil olan Leo Baptistaonun forması digərlərindən fərqlənib. Meydançaya daxil olduqdan 1 dəqiqə sonra Madrid təmsilçisinin 3-cü qoluna imza atan braziliyalı hücumçunun hansı səbəbdən üzərində Azərbaycana məxsus rəsmi tərəfdaşının loqosu olmayan forma ilə çıxdığı bəlli deyil.

Qeyd edək ki, “Atletiko” - “Zenit” görüşü ispanların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Madrid təmsilçinin heyətində Baptistao ilə yanaşı Miranda və Arda Turan fərqlənib. Rusiya təmsilçisinin yeganə qoluna isə Halk imza atıb.