“Formada “Azerbaijan Land of Fire” yazısı olmadığına fikir verməmişəm”
19.09.2013 - 11:05
“Formada “Azerbaijan Land of Fire” yazısı olmadığına fikir verməmişəm”
“Qolu qeyd edəndən sonra formamı dəyişməli olduğumu söylədilər”. Apasport.az saytının məlumatında görə, bu sözləri “Atletiko”nun hücumçusu Leo Baptistao deyib.

Braziliyalı futbolçu dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda, “Zenit”i qəbul etdikləri matçda meydana üzərində “Azerbaijan Land of Fire” yazısı olmayan forma ilə çıxmaqla, diqqət mərkəzinə düşüb.

Meydana 79-cu dəqiqədə daxil olan və dərhal da “Atletiko”nun 3-cü qoluna imza atan braziliyalı hücumçu İspaniya mətbuatına açıqlamasında vəziyyətə belə aydınlıq gətirib: “Həmin an səbəbini anlamadım. Sadəcə olaraq, futbolkanı götürən zaman onun üzərində reklam yazısı olub, olmadığına fikir verməmişəm”.

Qeyd edək ki, Leo Baptistao bu yay “Rayo Valyekano”dan “Atletiko”ya transfer olunub. O, dünən keçirilən “Atletiko” – “Zenit” (3:1) görüşündə fərqlənməklə, Madrid təmsilçisinin heyətində ilk qolunu vurub.