Portuqaliya – Azərbaycan: 7:0
19.09.2013 - 11:16
Portuqaliya – Azərbaycan: 7:0
Futzal üzrə Portuqaliya yığmasının millimizlə oyunlarının balansı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz dünən Portuqaliya ilə yoldaşlıq oyunu keçirməklə bu komanda ilə 10-cu görüşünə çıxmış oldu.

Kaştelu-Branku şəhərində qeydə alınan 0:5 hesablı nəticə yığmamızın 10 görüşdə 6-cı böyükhesablı yenilgisi oldu. Təbii ki, 7 il əvvəl Vendaş-Novaş şəhərində baş tutmuş 1:8 hesablı yenilgi bunların pik nöqtəsidir.

Sonuncu qeydə alınan nəticə həm də Portuqaliya ilə ilk görüşümüzün təkrarı oldu. Çünki 11 il əvvəl bu komandaların oyununda da portəkizlər eyni hesabla qalib gəlmişdi. Sadəcə olaraq, onda tərəflər arasındakı görüş rəsmi xarakter daşıyan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. Maraqlıdır ki, yığmamızın 1-ci və 10-cu oyunları Portuqaliyaya qol vura bilmədiyimiz qarşılaşmalardır.

Millimiz üzərində 7-ci qələbəsini qazanan “Avropa sambaçılar”ı sentyabrın 17-də 1:1 oynamaqla tərəflər arasında 3-cü heç-heçəyə imza atdı. Bundan əvvəlki 2 bərabərlik 3:3 başa çatmışdı. Portuqaliyada keçirilən son 2 görüşə kimi top fərqi 34-12 portuqaliyalıların xeyrinə idi. Ancaq bu oyunlardan sonra top fərqi 40-13 oldu. Millimizə vurulan 40-cı topun müəllifi isə Macarıstanın “Dyor” klubunun futzalçısı Fabiu Agiyar olub.


Tarix
Məkan
Oyun
Müsabiqə
06.11.2002
Tavira
Portuqaliya – Azərbaycan 5:0
AÇ-nin seçmə mərhələsi
23.09.2003
Eşpinyu
Portuqaliya – Azərbaycan 2:1
Yoldaşlıq oyunu
24.09.2003
Alberqariya-V.
Portuqaliya – Azərbaycan 4:1
Yoldaşlıq oyunu
26.09.2006
Vendaş-Novaş
Portuqaliya – Azərbaycan 8:1
Yoldaşlıq oyunu
27.09.2006
Torre Marinya
Portuqaliya – Azərbaycan 5:2
Yoldaşlıq oyunu
19.03.2009
V. Kaştelu
Portuqaliya – Azərbaycan 3:3
AÇ-nin seçmə mərhələsi
28.01.2010
Debretsen
Portuqaliya – Azərbaycan 3:3
01.02.2012
Zaqreb
Portuqaliya – Azərbaycan 4:1
17.09.2013
Fundan
Portuqaliya – Azərbaycan 1:1
Yoldaşlıq oyunu
18.09.2013
Kaştelu-Branku
Portuqaliya – Azərbaycan 5:0
Yoldaşlıq oyunu