Millimizin Rusiya ilə oyununun stadionu müəyyənləşdi
19.09.2013 - 11:59
17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsində millimizin oyunlarının keçiriləcəyi stadionun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tsiklin Rusiyanın Volqoqrad şəhərində baş tutacaq qarşılaşmaları “Olimpiya” və “Zenit” arenalarında keçiriləcək.
Ancaq yığmamız yalnız “Olimpiya”dan yararlanacaq. Belə ki, Nikolay Adamın yetirmələri bütün 3 matçını burda keçirəcək. “Zenit”də isə yalnız 1 oyun baş tutacaq. Bu, meydan sahiblərinin qrupda sonuncu matçı olacaq İslandiya ilə görüşdür.
Qeyd edək ki, U-17-nin rəqibləri Rusiya və İslandiyadan başqa, Slovakiya millisidir.

0
0