“Syomin düzgün əxlaqlı bir adamdır” - MÜSAHİBƏ
19.09.2013 - 13:02
“Qəbələ”nin kapitanı Vladimir Levinin apasport.az saytına müsahibəsi
- “Qəbələ” Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”ı qəbul edəcək. Bu rəqibi “dişinizə uyğun” adlandırmaq olar?
- “Rəvan” yaxşı komandadır, son vaxtlar özlərinə gəliblər. “Qarabağ”la matçda nəyə qadir olduqlarını göstərdilər. Qalib gəlməliyik, evdə oynamağım bizim üçün üstünlükdü. Şansımız çoxdur. Ancaq asan olmayacaq. Əziyyət çəkmədən qələbə qazanılmır.
- Hazırda liderliyi bölüşən “Qarabağ”la “Neftçi”dən 1 xal geri qalırsınız. Turun oyunlarına diqqət yetirdikdə “Qəbələ”nin zirvəni ələ keçirmək ehtimalını real sayırsınız?
- Qalib gəlsək belə, lider olmaq öz əlimizdə deyil. Çünki rəqiblərimizin də oyunları var. Hər şey onların nə edəcəklərindən asılıdır. Ancaq öncə özümüz qələbə qazanmalıyıq.
- Komandanız bu həftə Rail Məlikovu zədə səbəbində uzun müddətə itirdi. Əvəzində Elnur Allahverdiyevi transfer etdiniz. Hər iki futbolçu ilə milli komandadan tanışsınız. Fikirlərinizi bilmək maraqlı olardı...
- Railə görə çox təəssüflənirəm. Ağır zədə aldı, özü də uzun müddət oynaya bilməyəcək. Yarım il bir futbolçu üçün həqiqətən çoxdur, karyerasına mənfi təsir edir. Bizim üçün ciddi itkidir. Ona səbir diləyirəm. Elnura gəlincə, ümid edirəm “Qəbələ”dəki karyerası uğurlu olacaq.
- Baş məşqçi Yuri Syominlə eyni dildə danışırsınız, yaxşı anlaşırsınız. Onun kimi təcrübəli bir məşqçi ilə işləməyi əlavə üstünlük sayırsınız?
- Əlbəttə, onunla çox xoşdur. İstər məşqçi, istərsə də insan kimi ürəyimizcədir. Syomin düzgün əxlaqlı bir adamdır. Klubun onu baş məşqçi postuna gətirməsinə çox sevindim.
- 9 il “İnter”də çıxış etdikdən sonra “Qəbələ”yə keçdiniz. Özünüzü yeni kollektivdə necə hiss edirsiniz?
- Xeyli vaxtdır Azərbaycandayam, futbolçuların bir çoxu ilə tanışlığım var. Bura uyğunlaşmaq üçün mənə elə də çox vaxt lazım deyildi. Artıq hər şey qaydasındadır. Ümumiyyətlə, burda əla kollektiv var. Hər bir futbolçu üçün asandır.
- Futbolçu karyeranızı Azərbaycanda nöqtələyəcəksiniz, yoxsa vətəniniz Ukraynada hansısa klubda oynamaq arzusu var?
- Açığı, bu barədə düşünməmişəm. “Qəbələ” ilə müqaviləm var, öhdəçiliklərimi yerinə yetirməliyəm. Karyeramı harada bitirəcəyimi bilmirəm. Bunu zaman göstərəcək.

0
0