10 il əvvəl “Beşiktaş”, indi isə “Bazel”
19.09.2013 - 12:56
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk oyununda “Bazel”ə uduzan “Çelsi”nin 10 illik məğlubiyyətsizlik seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, “zadəganlar” qitənin ən nüfuzlu klub turnirinin qrup matçlarında sonuncu dəfə 2003-cü ildə evdə məğlub olmuşdu. Oktyabrın 1-də baş tutan dueldə Türkiyənin “Beşiktaş” klubu Sərgən Yalçının dublu ilə rəqibini 2:0 hesabı ilə üstələmişdi.
Həmin vaxtdan bəri qruplarda keçirdiyi 29 matçda 22 qələbə qazanıb, 7 dəfə heç-heçə edən “Çelsi” “Stemford Bric”də məğlubiyyət üzü görmürdü. Lakin dünən İsveçrə təmsilçisi “Bazel” bu tilsimi qırdı. Türk əsilli Murat Yakının rəhbərlik etdiyi kollektiv İngiltərədə yenik duruma düşdüyü görüşdə rəqibini devirməyi bacardı – 2:1.
Bu yenilgi həm də, “Çelsi”nin avrokuboklarda 13 matçlıq məğlubiyyətsizlik seriyasının sona çatması anlamına gəlir. “Zadəganlar” sonuncu dəfə 2010/11 mövsümündə ÇL-in 1/4 final mərhələsində əzəli rəqibi “Mançester Yunayted”ə 0:1 hesabı ilə uduzmuşdu.

0
0