Arda “Atletiko” ilə yeni müqavilə bağladı
19.09.2013 - 13:43
Arda “Atletiko” ilə yeni müqavilə bağladı
Madrid "Atletiko"su bir çox klubların transfer hədəfində olan türkiyəli futbolçusu Arda Turanın sözləşməsini yeniləyib. Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi 26 yaşlı futbolçu ilə mövcud müqavilənin müddətini 2017-ci ilə qədər uzadıb.

Arda klubun rəsmi saytına açıqlamasında yeni müqaviləyə imza atdığı üçün özünü xoşbəxt saydığını bildirib: "Atletiko” ilə müqaviləmin müddətini uzatdığım üçün çox xoşbəxtəm. Özümü bu ailənin bir parçası kimi hiss edirəm. Karyeramı burada davam etdirəcəyimə görə, mən də sevincliyəm, klub da”.

Qeyd edək ki, 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya transfer olunan Arda Turanın klubu ilə 1015-ci ilə qədər müqaviləsi vardı.