”Ən azından ona görə ki, bu, bir Bakı derbisidir”
19.09.2013 - 14:42
”Ən azından ona görə ki, bu, bir Bakı derbisidir”
“Bakı” Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter”in qonağı olacaq. Sentyabrın 21-də keçiriləcək paytaxt derbisi ərəfəsində “zolaqlılar”ın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlama verib. Serbiyalı çalışdırıcı saat 17:00-da başlayacaq görüş barədə danışarkən matça ciddi hazırlaşdıqlarını söyləyib: “Bu oyun bizim üçün çox vacibdir. “İnter”in turnir cədvəlində tutduğu yerə baxmayaraq, bu komandaya qarşı ciddi hazırlaşırıq. Ən azından ona görə ki, bu bir Bakı derbisidir”.

Qeyd edək ki, "İnter" - "Bakı" derbisini sabiq FİFA referisi Fariz Yusifov idarə edəcək.