Yılmaz Vural: Azərbaycandan dəvət almışam
19.09.2013 - 16:19
Yılmaz Vural: Azərbaycandan dəvət almışam
"22 sentyabrda Azərbaycanın unudulmaz lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirə dəvət olunmuşam”. Apasport.az saytının məlumatına görə, bu sözləri adı Azərbaycan millisi ilə yanaşı hallanan Yılmaz Vural deyib.

Türkiyəli mütəxəssis yerli mətbuata açıqlamasında millimizin baş məşqçisi postunda Berti Foqtsu əvəzləyəcəyi ilə bağlı çıxan xəbərə aydınlıq gətirib: “Bakıda idman kompleksinin açılışında olacağam. Azərbaycan Futbol Federasiyasının prezidentinin məni istədiyini bilirəm. Amma rəsmi təklif almamışam. Əgər belə bir dəvət olarsa, görüşüb, dəqiqləşdirə bilərəm. Azərbaycan millisini baş məşqçisi təyin olunmağımla bağlı xəbər doğru deyil”.