UEFA mövqeyini açıqladı
19.09.2013 - 17:54
UEFA mövqeyini açıqladı
UEFA-nın İcraiyyə Komitəsinin Xorvatiyanın Dubrovnik şəhərindəki iclası ərəfəsində quruma daxil olan milli assosiasiyaların nümayəndələrinin görüşü olub. Apasport.az saytının məlumatına görə, Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədovun təmsil etdiyi yığıncaqda DÇ-2022-nin final mərhələsinin nə vaxt keçirilməsi müzakirə olunub.

Avropalılar Qətərdə keçiriləcək mundialın qışda keçirilməsi ilə bağlı yekdil fikrə gəliblər. Qitə futbol qurumu öz mövqeyini FİFA-ya çatdıraraq, final mərhələsinin yayda keçirilməsinin mümkünsüzlüyünü ifadə edəcək.