Arda Turan: Ciddi təkliflər almağıma baxmayaraq...
19.09.2013 - 20:58
Klubu “Atletiko” ilə 2017-ci ilə qədər müqavilə yeniləyən Arda Turan maraqlı açıqlamalar verib. Apasport.az sayının məlumatına görə, Türkiyə mətbuatına danışan təcrübəli yarımmüdafiəçi Madrid təmsilçisində xoşbəxt olduğunu deyib.
26 yaşlı futbolçu başqa klublardan ciddi təkliflər almağına baxmayaraq, İspaniyada qalmağa qərar verdiyini bildirib: “Komanda şəklində uğurlu çıxış etməsəydik, mən bu səviyyəyə çata bilməzdim. “Atletiko”da çox xoşbəxt və hüzurluyam. Uğurlarımızı davam etdirmək istəyirik. Dünyanın ən səviyyəli çempionatına, ən güclü futbolçulara qarşı oynayıram. Onların səviyyəsinə çatmaq üçün çalışıram. Ciddi təkliflər almağıma baxmayaraq, İspaniyada qalmağa qərar verdim. Hər bir türk futbolçunun hədəfi Avropada oynamaq olmalıdır”.
Qeyd edək ki, “Atletiko” ilə yeni sözləşməyə görə, Arda ancaq 41 milyon avro qarşılığında klubdan ayrıla bilər.

0
0