Yunisoğlu 90 dəqiqə oynadı, İsayevə şans verilmədi
20.09.2013 - 01:47
Türkiyə PTT Birinci Liqasında V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Arif İsayevlə və Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” növbəti oyununa çıxıb.
Oyunçularımızın komandası səfərdə “Bucaspor”un qonağı olub. Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Yarımmüdafiəçimiz İsayev bu oyunun iştirak ərizəsində yer almasa da, müdafiəçimiz Yunisoğlu start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Denizlispor”un hazırda 4 xalı var və turnir cədvəlinin 16-cı pilləsində yer alır.
Türkiyə PTT Birinci Liqası
V tur
19 sentyabr
“Bucaspor” – “Dənizlispor” - 1:0
Qol: Umut Gündoğan, 59

0
0