İquain: A Seriyası La Liqadan daha çətin çempionatdır
20.09.2013 - 06:57
İquain: A Seriyası La Liqadan daha çətin çempionatdır
“Napoli”nin futbolçusu Qonzalo İquain maraqlı açıqlamalar verib Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan argentinalı hücumçu Çempionlar Liqasının qrup mərhələsindəki “Borussiya” üzərində (2:1) qələbədən danışıb.

Təcrübəli futbolçu ilk oyunda qalib gəlməyin önəmli olduğunu vurğulayıb: “Ötən mövsüm ÇL-də final oyununa çıxan və cari mövsümdə Bundesliqanın lideri olan klubu məğlub etdik. Bu qalibiyyət bizim üçün əla oldu. İlk oyunda 3 xal qazanmaq çox yaxşı başlanğıcdır”.

İquain İspaniya la Liqası ilə İtaliya A Seriyasını da müqayisə edib: “Bunu qəti olaraq deyə bilərəm ki, A Seriyası La Liqadan daha çətin çempionatdır”.

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm 34.5 milyon avro qarşılığında Madrid “Real”ından “Napoli”yə transfer olunub.